Millinin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə səfər matçının yeri dəyişdirilib.
Sportal.az xəbər verir ki, matç planlaşdırıldığı kimi, Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək. Koronavirus pandemiyasına görə yaranan səyahət məhdudiyyətləri səbəbindən qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki "Nedyerdeyi" stadionunda oynanılmasına qərar verib.
Martın 27-də keçiriləcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
saytlarin hazirlanmasi