"Neftçi"nin futbolçuları Mamadu Mbodj və Emin Mahmudov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Səbail"lə oyunu buraxacaqlar.
Sportal.az xəbər verir ki, buna səbəb seneqallı müdafiəçi və kapitanın 19-cu turda "Keşlə" ilə matçda (3:1) sarı vərəqə limitlərini doldurmalıdır. Bu, onların mövsümdə dördüncü xəbərdarlığı olub və futbolçular növbəti tur üçün cəzalı duruma düşüb.
Martın 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Səbail" görüşü saat 17:15-də başlanacaq.
saytlarin hazirlanmasi