"Mançester Yunayted" itki ilə üzləşib. "Qırmızı şeytanlar"ın hücumçusu Markus Reşford sıradan çıxıb.
Sportal.az xəbər verir ki, ingilis futbolçu Premyer Liqanın XXVII turunda "Mançester Siti"yə qarşı səfər matçında (2:0) zədələnib. Reşfordun nə zaman sıraya dönəcəyi gələ bəlli deyil.
23 yaşlı hücumçu bu mövsüm keçirdiyi 43 oyunda 18 qol vurub, 12 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi