“Qəbələ”nin keçmiş futbolçusu Aleksey Qay məşqçiliyə başlayıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Ukraynanın “Çernomorets” komandasında məşqçi kimi çalışacaq. Qay baş məşqçi Aleksey Antonovun köməkçisi təyin olunub.
Qay 2013-2015-ci illərdə “Çernomorets”də, 2015/16 mövsümündə isə Antonovla birlikdə “Qəbələ”də çıxış edib.
Antonov bir müddət əvvəl “Çernomorets”in baş məşqçi təyin olunub.
saytlarin hazirlanmasi