"Qarabağ" - "Sabah" matçında karyerasını bitirəcək

20:57 - 12 Mart 2021

Bəynəlxalq dərəcəli hakim Orxan Məmmədov Azərbaycan Premyer Liqasının həftəsonu keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasında sonuncu dəfə də baş hakim kimi meydana çıxacaq.

 

Sportal.az xəbər verir ki, bundan sonrakı karyerasını həvəskar və qadın hakimlərin təlimatçısı kimi davam etdirməyə qərar verən O.Məmmədov imtahanları uğurla verəcəyi təqdirdə 2021/2022-ci illər mövsümündən hakim-inspektor kimi Premyer Liqa oyunlarına təyinat ala biləcək.

 

2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FİFA referisi 2008-2010-cü illərdə hakim köməkçisi, 2015-2017-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.

Xəbər xətti