İngiltərə Futbol Azarkeşləri Assosiasiyası Premyer Liqada ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Sportal.az xəbər verir ki, bu ada “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş layiq görülüb.
Portuqaliyalı futbolçu “Tottenhem”dən Son Hın Min, “Aston Villa”dan Cek Qriliş, “Lester”dən Ceymi Vardi, “Mançester Siti”dən Kevin De Bruyne və “Liverpul”dan Məhəmməd Salahı qabaqlayıb.
Fernandeş bu mövsüm Premyer Liqada keçirdiyi 28 oyunda 16 qol vurub, 11 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi