Debütünü qolla qeyd etdi

14:14 - 15 Mart 2021

Fakundo Melivilo “Zirə”də debüt edib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçunun debütü Azərbaycan Premyer Liqasının XX turunda rəsmiləşib. Argentinalı legioner “Qəbələ” ilə səfər oyununda (1:1) meydana çıxıb.

 

Melvilo “Zirə”nin tarixində ilk argentinalı oyunçusudur. Ona qədər 29 ölkədən 51 legioner komandanın formasını geyinib. Cənubi amerikalı qol hesabını debüt matçında açan 6-cı futbolçu kimi tarixə düşüb.

 

“Qəbələ” ilə qarşılaşmayadək Viktor İqbekoyi, Aleksandr Dedov, Pərdis Fərcad-Azad, Ağabala Ramazanov və Musa Qurbanlı ilk oyunda fərqlənib.

Xəbər xətti