Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev Azərbaycan millisinə dəvət alması barədə açıqlama verib.
Sportal.az "Metaratings"ə istinadla xəbər verir ki, 24 yaşlı hücumçu baş məşqçi Canni De Byazinin ona güvəndiyini deyib:
"Yeni çağırışları sevirəm. Əvvəlcə "Minay"ın heyətində ilk dəfə Ukrayna kubokunun yarımfinalında oynadım, daha sonra isə Premyer Liqayada çıxış etmək hüququ qazandım. Artıq 2 dəfə baş məşqçi Canni De Byazi ilə görüşmüşəm və o, mənə güvəndiyini söyləyib. Əlbəttə, bu etimad mənə çox ilham verir. Onu və azarkeşləri məyus etməməyə çalışacağam. Martın 21-də millinin düşərgəsinə qoşulacağam. 3 gündən sonra Turində Portuqaliya ilə münasibətə aydınlıq gətirəcəyik. Ümid edirəm ki, beynəlxalq oyunlardakı təcrübə irəliləməyimə kömək edəcək. Bu da klub səviyyəsində "Minay"dakı çıxışıma da təsir edəcək".
Martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq görüşünə çıxacaq. Yığma martın 30-da isə Bakı Olimpiya Stadionunda Serbiya ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi