"Qəbələ"nin futbolçusuna sərt cəza

14:14 - 16 Mart 2021

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

Premyer Liqanın 20-ci turunun “Qəbələ” – “Zirə” oyununda meydan sahiblərinin futbolçusu Merab Qiqauri “təcavüzkar davranış”a görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

 

“Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

"Neftçi” – “Səbail” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Xəbər xətti