"Bilirik ki, çətin qrupa düşmüşük. Çətin rəqiblərlə oyunda futbolçularımız çalışacaqlar əllərindən gələnin ən yaxşısını etsinlər. Milli komanda hamımızındı. Dualarımız millimiz üçündü. İnşallah yaxşı nəticə ilə vətənə qayıdarlar".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin kapitanı Anar Nəzirov deyib. Anar kapitanı olduğu komandadan milli komandaya bir futbolçunun belə çağırılmamasına belə reaksiya verib:
"Gözlənilməz deyəndə ki, bizdən də kiməsə dəvət göndərmək olardı. İnkişafda olan futbolçularımız var. Rüfəti misal göstərmək olar. Həm gəncdi, həm də mövqeyində ən yaxşılardandır. Bir neçə futbolçumuzu da bura əlavə edə bilərəm. Amma bu milli komandanın məşqçilər korpusu tərəfdən verilən qərardı. Seçimə hamımız hörmətlə yanaşırıq".
Nəzirov yaranmış fasilədən maksimum istifadə etməyə çalışacaqlarını bildirib: "Tək "Qəbələ" yox, bütünü komandalar üçün fasilə yaranıb. Əlimizdən gələni edəcəyik ki, fasilədən maksimum yararlanaq" (sportinfo.az).
saytlarin hazirlanmasi