"Zirə"nin futbolçusu Klesio Bauk Mozambik millisində Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, komanda 5-ci turda səfərdə Ruanda ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Meydana start heyətdə daxil olan Bauk 73 dəqiqədə əvəzlənib.
Mozambik millisinin növbəti oyunu martın 30-da "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo Verdeyə qarşı olacaq.
Mozambik millisi 4 xalla F qrupunda 3-cü yerdədir.
saytlarin hazirlanmasi