Azərbaycan millisi Qətərlə də bacarmadı - YENİLƏNİB

22:54 - 27 Mart 2021

Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda Qətərlə üz-üzə gəlib.

 

Sportal.az xəbər verir ki, Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçirilən qarşılaşmada millimiz hesabı açıb. Lakin 2-ci hissədə 2 top vuran son Asiya çempionu qarşılaşmada əzmkar qələbə qazanıb - 2:1.

 

Qətər millisi Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna mübarizə aparır. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

 

21:00. Qətər - Azərbaycan - 2:1

Qollar: Həsən Al Haydos, 55 (pen.), 58 - Ramil Şeydayev, 16 (pen.)

 

Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 4. Məhəmməd Vaad, 7. Ahmed Alaeldin, 10. Hassan al-Haydos, 15. Bassam Əl-Ravi, 16. Bualem Xuxi, 18. Elamin, 19. Almoez Əli, 20. Abdulsalam, 23. Assim Madibo,

 

Baş məşqçi: Feliks Sançes

 

Azərbaycan: 1. Emil Balayev (k), 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 5. Şəhriyar Əliyev, 7. Anatoli Nuriyev, 9. Ramil Şeydayev, 10. Mahir Emreli, 16. Aleksey İsayev, 19. Təmkin Xəlilzadə, 20. İsmayil İbrahimli, 22. Tellur Mütəllimov

 

Baş məşqçi: Canni De Byazi

 

Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)

Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu

Xəbər xətti