Canni De Byazi: "Fiziki cəhətdən geri qaldığımız göründü"

00:09 - 28 Mart 2021

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətərlə yoldaşlıq matçı barədə fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis oyunsonrası mətbuat konfransında 1:2 hesablı məğlubiyyəti belə dəyərləndirib:

 

“Portuqaliya oyunu ilə müqayisədə bu gün 10 yeni oyunçuya şans vermişdim. İlk hissə yaxşı çıxış etdik, ancaq fasilədən sonra zəif oynadıq. Fiziki cəhətdən güclü komandaya qarşı oynayırdıq. Bəzi oyunçular inkişaf etməlidi. Meydana buraxdığım yeni futbolçulardan çıxışı ilk hissədə məni qane etdi. Ancaq dediyim kimi, fasilədən sonra oyunumuz alınmadı. Beynəlxlaq səviyyəli oyunlar futbolçular üçün çətin olur. Yeni oyunçuların nəyə qadir olduqları məhz belə oyunlarda üzə çıxır. Onlar bu oyun tempinə hazır olmalıdılar. Heç vaxt futbolçularımdan geriyə ötürmə edərək oynamalarını istəməmişəm. Rəqibin pressinqinin qarşısını məharətlə aldıq. Təəssüf ki, boşluqlardan istifadə edə bilmədik. İkinci hissədə fiziki cəhətdən geri qaldığımız göründü”.

Xəbər xətti