Qətər millisinin baş məşqçisi Feliks Sançez Azərbaycan yığması ilə yoxlama oyunu barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matç barədə bunları deyib:
"Bütün futbolçularımı təbrik edirəm. Hər kəs çalışdı, döyüşdü, yaxşı futbol sərgilədi. Xarakter göstərə bilən oyunçulara malik olduğum üçün sevinirəm. 3 gündən bir oyunlarda bu çox önəmlidir. Bütün oyun boyu dominantlıq eləmək olmaz. Oyuna pis başladıq, topu itirirdik, buna görə də müdafiədə oynamağa məcbur idik. Amma bu oyunun bir parçasıdır. 25-ci dəqiqədən sonra isədiyimiz kimi oynamağa, qol vəziyyətləri yaratmağa başladıq. Qol vurmağa layiq idik və ikinci hissədə də yaxşı oynaraq istəyimizə nail olduq. Çox çətin oyunda geri dönüş etməyi bacardıq".
saytlarin hazirlanmasi