Serbiyanın "Srvena Zvezda” klubunun keçmiş kapitanı Nenad Kovaçeviç "danas.rs" saytına müsahibə verib.
Sportal.az xəbər verir ki. Serbiya millisinin üzvü olmuş veteran futbolçu ölkəsinin yığmasın DÇ-2022-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəyi səfər oyunundan danışıb. O, iki yığma arasında 2003-cü ildə keçirilmiş (Bakıda 2:1, Podqoritsada 2:2) görüşləri də yada salıb. Kovaçeviç həmin zamanda Azərbaycanı dəyərləndirmədiklərini söyləyib:
“Azərbaycana tarixi məğlubiyyəti yaşağımız oyunda meydana əvəzetmədən daxil olmuşdum. Podqoritsada 2:2 hesabı ilə başa çatan görüşdə milli komandada olmamışdım. Həmin vaxt da Azərbaycan ciddi bir komandaya çevrilmişdi. Bakıdakı məğlubiyyətdən sonra baş məşqçimiz Deyan Saviçeviçin istefa verdiyini xatırlayıram.
Onlara 6:1 və 1:0 hesabı ilə qalib gələndə də həmin matçlar yenə yadıma düşür. Amma o zaman da asan deyildi. Azərbaycan çox yöndəmsiz komanda idi. Onlarla səfərdə oynamağın çətin olacağı bilinirdi. O vaxt da 2003-cü ilə nisbətən daha yüksək səviyyədə idilər və o zamandan bəri daha da irəlilədilər. 2012-ci ildən sonra Azərbaycanın “Bakı” klubunda oynamışam. Çox güclü çempionatları olduğunu deyə bilərəm. Futbolda davamlı irəliləyirlər. Vaxtilə Robert Prosineçki də Azərbaycan yığmasında çalışıb. Deməli, onlar xaricilərdən öyrənməyə çalışırlar. Portuqaliya Azərbaycanı 1:0 hesabı ilə məğlub etdi. Bu da o deməkdir ki, Azərbaycanla zarafat etməyin, bu, xəbərdarlıqdır.
Rəqib sanki Almaniyadır. Oyuna bu cür yanaşmaq lazımdır. Heç bir rəqibi qiymətləndirməmək olmaz. Baş məşqçinin buna imkan verməyəcəyinə inanıram, amma yenə də xəbərdarlıq etmək istəyirəm. Lüksemburqun İrlandiyanı məğlub etməsi kifayət qədər xəbərdarlıq olmalıdır. Artıq San-Marino kimi əvvəlcədən məğlub olduğu deyilən milli komandalar yoxdur. Futbol getdikcə çılğınlaşır və əvvəlcədən qazanılan oyunlar qalmayıb”.
saytlarin hazirlanmasi