"Çelsi"dən ayrılan Frenk Lempard İngiltərənin U-21 millisini çalışdıra bilər.
Sportal.az "Dail Mail"ə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis bu posta əsas namizəd sayılır.
Yığmanın hazırkı baş məşqçisi Edi Butroyd komandanın İsveçrə (0:1) və Portuqaliyaya (0:2) qarşı məğlubiyyətlərindən sonra istefaya göndəriləcək.
Lempard 2019-cu ilin yayından və 2021-ci ilin yanvarına kimi "Çelsi"nin baş məşqçisi olub.
saytlarin hazirlanmasi