"Qarabağ" Mahir Emrelinin durumunu açıqladı

14:34 - 31 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya komandası ilə oyunda zədələnmiş "Qarabağ"ın hücumçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, milli komandanın həkiminin müşayiəti ilə MRT (Maqnit Rezonans Tomoqrafiya) olunduqdan sonra Mahir Emrelinin sağ bud nahiyəsində arxa əzələnin 2-ci dərəcəli hissəvi yırtılması aşkarlanmışdır.

 

Həkimlərin ilkin diaqnozuna görə 23 yaşlı hücumçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Xəbər xətti