Şahruddin yenə 1-cidir

16:08 - 31 Mart 2021

DÇ-2022-nin Avropa zonasının seçmə mərhələsinin III turunun ilk günündən sonra statistik göstəricilər açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisindən yalnız Şahruddin Məhəmmədəliyev qitənin ən yaxşıları sırasına düşüb. 26 yaşlı qolkiper ən çox qurtarış etməklə yenidən birinci yerə yüksəlib. O, Serbiya ilə qarşılaşmada (1:2) aktivinə daha 5 qurtarış yazıb.

 

Portuqaliya ilə matçda (0:1) 14 dəfə qapısını toxunulmaz saxlayan qolkiper bununla da qurtarış sayını 19-a çatdırıb.

 

Aktivində 18 qurtarış olan Deyl Koleinq (Cəbəllütariq) ikinci pillədə qərarlaşıb.

Xəbər xətti