Keyndən penalti rekordu

15:15 - 1 Aprel 2021

İngiltərə millisinin futbolçusu Harri Keyn yeni rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu buna ötən gün DÇ-2022-nin seçmə mərhələsində Polşa ilə matçda (2:1) penaltini dəqiq yerinə yetirməklə nail olub. O, yığmada penaltidən vurduğu qolların sayını 10-a çatdırıb və yığmanın sabiq futbolçusu Frank Lempardın rekordunu geridə qoyub.

 

Həmçinin Keyn 2 həftə ərzində millinin bütün matçlarında qol vura bilib. O, yığmada belə nəticə göstərən 3-cü oyunçu olub. Daha əvvəl bunu Ueyn Runi və Frenk Lempard bunu bacarıb.

 

Keyn millidə ümumilikdə 34 qol vurub. Yığmanın rekordçusu isə Ueyn Runidi - 53 qol.

Xəbər xətti