"Zirə"nin 3 futbolçusunda koronavirus aşkarlandı

20:00 - 2 Aprel 2021

"Zirə"nin 3 futbolçusu koronavirusa yoluxub.

 

Sportal.az xəbər verir ki, bir neçə gün öncə Riçard Almeyda, Fakundo Melivilo və komandanın gənc futbolçu Vüsal Əliyevin testləri pozitiv çıxıb.

 

"Zirə" Premyer Liqanın 21-ci turunda "Səbail"in qonağı olacaq. Aprelin 3-ü "ASCO Arena"da keçiriləcək matçın start fiti saat 17:30-da səslənəcək.

Xəbər xətti