Rəşad Sadıqov: “Futbolçu özü yetişmir, onları yetişdirmək lazımdır” - VİDEO

20:00 - 3 Aprel 2021

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 21-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, 0:0 hesabı ilə bitən oyunla bağlı danışıb:

 

“Futbolçularıma təşəkkür edirəm. Xeyli problemə rəğmən sonadək mübarizə apardıq. İlk hissədə üstünlüyümüz daha qabarıq görünürdü. Fasilədən sonra isə təşəbbüs gah bu, gah da digər komandanın tərəfinə keçirdi. Xal itirdiyimizə görə üzülmürük, qazandığımız bir xalı da qənaətbəxş sayıram”.

 

Sadıqov futbolçularına götərilən sarı vərəqələr barədə danışmaq istəmədiyini söyləyib: “Həmin epizodlarda etiraz etdik. Amma şərh vermək istəmirəm”.

 

Baş məşqçi gənc müdafiəçi Cəlal Hüseynovun çıxışına da toxunub: “Onun oyunu bizi sevindirir. Cari mövsümdə yetərincə şans qazanır. Mövqeyi səhv etməyə imkan vermir. Çalışıram ki inkişafdan geri qalmasın”.

 

Sadıqovun sözlərinə görə, daha keyfiyyətli futbol oynamaq üçün yaxşı futbolçu lazımdır: “Futbolçu özü yetişmir, onları yetişdirmək lazımdır. 90 dəqiqə yüksək tempdə oynamaq üçün buna pillə-pillə gəlmək lazımdır. Futbolçu 60 dəqiqədən sonra yorulubsa, bu, iki səbəbdən ola bilər: ya fizikası zəifdir, ya da onu məşqdə yükləmisən. Meydanda gördüyünüz 90 dəqiqə son mərhələdir. Hesab edirəm ki, mütəxəssislərimizin əlində daha geniş imkan olsa, daha böyük işlər görə bilərlər”.

 

Xəbər xətti