"Qəbələ" Gənclər Kubokunu qazandı

“Qəbələ” AFFA tərəfindən təşkil olunan Gənclər Kubokunun qalibi olub.
 
Sportal.az xəbər verir ki, "qırmızı qaralar"ın U-19 komandası bu gün keçirilən final oyununda “Sabah”la qarşılaşıb. 

 

Bayıldakı “ASCO Arena”da keçirilən matçın əsas vaxtı qolsuz bitib. Famil Xəlilovun baş məşqçisi olduğu "Qəbələ" 1:0 hesablı qələbə qazanaraq kuboka yiyələnib. Həlledici qolu 102-ci dəqiqədə baş zərbəsi ilə Mehrac Baxşalı vurub.

 

Bu, “Qəbələ”nin qazandığı ikinci kubokdur. U-19-dan öncə U-17-də ən güclü adını qazanıb. Komanda “U-17 Kuboku”nun qalibi adına yiyələnib.

Tarix: 10 İyun [22:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2021
17  İyun 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio