"Qarabağ" yeni transferini açıqladı! - VİDEO

15:29 - 11 İyun 2021

"Qarabağ" yay fasiləsində ilk transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu braziliyalı futbolçu Borges Malinovskini heyətinə qatıb.

 

25 yaşlı yarımmüdafiəçinin son klubu Portuqaliyanın "Vilafranquense" komandası olub. O, "Koritiba" yetirməsidir.

 

Klubun "YouTube" kanalı futbolçunun transferi ilə bağlı videoreportaj hazırlayıb.

 

Xəbər xətti