Niderland, İngiltərə və Avstriyadan qələbə - YENİLƏNİB

00:53 - 14 İyun 2021

Bu gün Avropa çempionatında daha 3 oyun keçirilib. Sportal.az xəbər verir ki, qarşılaşmaların ikisi C, biri isə D qrupunda baş tutub.

 

Günün ilk matçı D qrupunda İngiltərə və Xorvatiya yığmaları arasında olub. Londondakı "Uembli" stadionunda oynanılan görüşdə İngiltərə qalib gəlib - 1:0.

 

C qrupunda Avstriya Şimali Makedoniya ilə, Niderland isə Ukrayna ilə üz-üzə gəlib. İlk qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da baş tutub. Burada Avstriya 3:1 hesabı ilə qələbə qazanıb.

 

İkinci oyun isə Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşib. Niderland millisi gərgin matçda qalib gəlib - 3:2.

 

Avropa çempionatı

C qrupu, I tur

 

20:00. Avstriya - Şimali Makedoniya - 3:1

Qollar: Ştefan Layner, 18, Mixael Qreqoritş, 78, Marko Arnautoviç, 89  - Qoran Pandev, 28

 

23:00. Niderland - Ukrayna - 3:2

Qollar: Corcino Veynaldum, 52, Vaut Veqhorst, 58, Denzel Dumfris, 85 - Andrey Yarmolenko, 75, Roman Yaremçuk, 79

 

D qrupu

17:00. İngiltərə - Xorvatiya - 1:0
Qol
: Rahim Sterlinq, 57.

Xəbər xətti