“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Səlahət Ağayev bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Təcrübəli qapıçı ilə 1 illik müqavilə bağlanıb.
Səlahət karyerası ərzində MOİK (2010/11), “Keşlə” (2011/12, 2013-2017), “Sumqayıt” (2012/13, 2015/16) və “Neftçi” (2017-2021) klublarında çıxış edib. O, 19 oyunda Azərbaycanın əsas millisinin şərəfini qoruyub.
saytlarin hazirlanmasi