Yaya Ture Rusiya klubunda

16:45 - 14 İyun 2021

"Mançester Siti" və "Barselona"nın keçmiş futbolçusu Yaya Turenin yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü olmuş veteran yarımmüdafiəçi karyerasını Rusiyada davam etdirəcək.

 

38 yaşlı mütəxəssis "Axmat" klubunun məşqçilər korpusunda yer alacaq. O, baş məşqçi Andrey Talalayevin köməkçisi təyin edilib.

Xəbər xətti