Ndlovu "Qarabağ"a qayıda bilər

10:10 - 15 İyun 2021

“Qarabağ” keçmiş futbolçusu Dino Ndlovunu heyətinə qatmaq istəyir.

 

Sportal.az soccerladuma.co.za saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi hazırda azad agent statusu daşıyan 31 yaşlı hücumçu ilə yaxından maraqlanır.

 

Cənubi afrikalı hücumçunun adı Türkiyə I liqa təmsilçisi “Kocaelispor” ilə də hallanır.

 

Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Dino bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.

 

Xəbər xətti