Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atıldı

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb. 

 

Sportal.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin oyunları 8-15 iyul tarixlərində keçiriləcək. Bu mərhələdə ümumilikdə 66 komanda iştirak edəcək.

 
Azərbaycanı Konfrans Liqasında “Qarabağ”, “Sumqayıt” və “Keşlə” təmsil edəcək. Təmsilçilərimiz mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin püşkü sabah atılacaq.


Avropa Konfrans Liqası, 1-ci təsnifat mərhələsi
 Levadiya (Estoniya) – Sent-Cozefs (Cəbəllütariq)
İnter Turku (Finlandiya) – Puşkaş Akademiya (Macarıstan)
Deçiç (Monteneqro) – Drita (Kosovo)
Suduva (Litva) – Valmiera (Latviya)
La-Fiorita (San Marino) – Birkirkara (Malta)
Mons Kalpe (Cəbəllütariq) – Santa-Koloma (Andorra)
Velej (Bosniya və Herseqovina) – Kolreyn (Şimali İrlandiya)
Domjale (Sloveniya) – Svift Hesper (Lüksemburq)
Şkupi (Şimali Makedoniya) – Lyapi (Kosovo)
Dinamo (Batumi, Gürcüstan) – Tre Penne (San Marino)
Sfintul George (Moldova) – Partizani (Albaniya)
Maribor (Sloveniya) – Urartu (Ermənistan)
Laçi (Albaniya) – Podqoritsa (Monteneqro)
Milsami (Moldova) – Sarayevo (Bosniya və Herseqovina)
Noah (Ermənistan) – KuPS (Finlandiya)
Jilina (Slovakiya) – Dila Qori (Gürcüstan)
Hafnarfyordyor (İslandiya) – Slayqo Rovers (İrlandiya)
Payde (Estoniya) – Şlensk (Polşa)
RFS (Latviya) – Klaksvik (Farer adaları)
Bala Taun (Uels) – Larn (Şimali İrlandiya)
Fehervar (Macarıstan) – Ararat (Ermənistan)
Qaqra (Gürcüstan) – Sutyeska (Monteneqro)
Sileks (Şimali Makedoniya) – Petrokub (Moldova)
Şiroki Briyeq (Bosniya və Herseqovina) – Vlajniya (Albaniya)
Styarnan (İslandiya) – Bohemians (İrlandiya)
Qlentoran (Şimali İrlandiya) – TNS (Uels)
Sent-Culiya (Andorra) – Qzira Yunayted (Malta)
Avropa (Cəbəllütariq) – Kauno Jalgiris (Litva)
Dandalk (İrlandiya) – Nyutaun (Uels)
Spartak (Trnava, Slovakiya) – Mosta (Malta)
Struqa (Şimali Makedoniya) – Liepaya (Latviya)
Rasin Yunion Letseburq (Lüksemburq) – Breydablik (İslandiya)
Honka (Finlandiya) – Runavik (Farer adaları).

Tarix: 15 İyun [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Avqust 2021
4  Avqust 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio