"Kayserispor"un prezidenti "Qarabağ"ı ziyarət etdi

16:50 - 16 İyun 2021

Türkiyənin “Kayserispor” klubunun prezidenti Berna Gözbaşı və idman direktoru Ali Naibi "Qarabağ"ı ziyarət edib.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın direktoru Emrah Çelikel Türkiyə millisinin oyununu izləmək üçün Bakıya gələn qonaqlara zaman ayırıb, bu ziyarət üçün qonaqlara təşəkkür edib.

 

Hər iki qonağa “Qarabağ”ın forması hədiyyə olunub.

Xəbər xətti