Dino Ndlovunun yeni klubu

“Qarabağ”ın keçmiş futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə “Kocaelispor” klubuna keçib. Bu barədə 1-ci liqa təmsilçisinin saytı məlumat yayıb. Cənubi afrikalı futbolçu ilə imzalanan müqavilənin detalları hələ ki açıqlanmayıb.

 

Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Dino bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.

Tarix: 17 İyun [09:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyul 2021
23  İyul 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio