"Mahirin yaxşı texnikası var və son vuruşları effektivdir"

Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"lə yoxlama matçında (5:0) het-trik edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxışı barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 23 yaşlı hücumçunun cərimə meydançasında yaxşı oynadığını bildirib:

 

"Mahir Emreli məşqlərdə gördüyümüz keyfiyyətini burada da sübut etdi. Onun yaxşı texnikası var, oyunu oxuyur və son vuruşları effektivdir. Fərqlənmək üçün daim münasib vəziyyət axtarır və əla zərbələrə malikdir. Rəqibin cərimə meydançasına daxil olmağı sevir. Bu da onu göstərir ki, Mahirin yanında ikinci hücumçuya ehtiyac var. Topla yaxşı oynadığından 3-5-2 sisteminə də uyğun gəlir".

Tarix: 18 İyun [11:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyul 2021
23  İyul 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio