"De Byazi klubdakı çıxışımı yaxından izləyəcəyini söylədi" - Rüstəm Əhmədzadə

01:17 - 19 İyun 2021

Ukraynanın "Minay" klubunda çıxış edən Rüstəm Əhmədzadə meta-ratings.com.ua-ya açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı futbolçu "Minay" və Azərbaycan millisindəki çıxışı haqda danışıb:

 

"Əvvəla, Vasili Kobininn qısa fasilədən sonra komandaya yenidən rəhbərlik etməsi xəbəri məni çox sevindirdi. Bu, çox yaxşıdır, çünki məni "Minay"a o, dəvət edib. Klubun hansı liqada çıxış edəcəyi dəqiq bilinmir. Buna baxmayaraq,  çempionatı səbirsizliklə gözləyirəm.  Mənim üçün ən önəmli amil göz önündə olmaq, performansımla hər kəsi məmnun etməkdir.

 

İyun ayında Azərbaycan millisinin heyətində Belarus və Moldovaya qarşı yoldaşlıq matçılarından sonra baş məşqçimiz Canni De Byazi mənimlə vidalaşanda klub səviyyəsindəki çıxışlarımı yaxından izləyəcəyini söylədi. Azərbaycan millisində oynamaqdan məmnunam. Yığmada mərkəz hücumçusu kimi oynadım. Təəssüf ki, qol vura bilmədim. Ümid edirəm ki, seçmə mərhələnin sentyabrdakı oyunlarında hədəfə düşə biləcəyəm".

Xəbər xətti