"Qarabağ"ın keçmiş futbolçusu Cavid Tağıyevin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Səbail"lə razılığa gəlib. O, 2021/2022 mövsümünü "dənizçilər"də keçirəcək.
Tağıyev "Turan Tovuz", AZAL, "Qarabağ", "Zirə", "Sumqayıt" və "Sabah" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi