Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, qrupun son oyununda Estoniya yığması ilə qarşılaşan milli 4:3 hesablı qələbə qazanıb. Avtoqolun qeydə alındığı oyunda Azərbaycan yığmasının digər qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub. Növbəti mərhələyə vəsiqə qazanan milli seçmə mərhələnin 1/8 finalında, iyunun 25-də A qrupunun qalibi ilə üz-üzə gələcək.
A qrupunun qalibi bu axşam keçiriləcək Ukrayna – Portuqaliya oyunundan sonra məlum olacaq.
saytlarin hazirlanmasi