Millimizin 1/4 finaldakı rəqibi

11:43 - 24 İyun 2021

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsinin 1/4 finalında qarşılaşacağı rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, A qrupunun son oyununda Ukrayna komandasını 1:0 hesabı ilə məğlub edən son dünya çempionu Portuqaliya yığması 1/4 finalda Azərbaycan millisinin rəqibi olub.

 

Portuqaliya – Azərbaycan oyunu iyunun 25-də Portuqaliyanın Nazare şəhərində keçiriləcək.

Xəbər xətti