"Zirə" hazırlığa başladı

00:14 - 25 İyun 2021

"Zirə" yeni mövsümün hazırlığına start verib.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun komandası məşqlərə bu gün Zirə İdman Kompleksində başlayıb.

 

Paytaxt təmsilçisinin hazırlıq müddətində yoxlama oyunu keçirəcəyi iki rəqib müəyyənləşib. Komanda iyulun 9-da “Bank Respubilka Arena”da “Sabah”ın qonağı olacaq, iyulun 16-da isə Zirə İdman Kompleksində “Qəbələ”ni qəbul edəcək.

Xəbər xətti