"Sabah"dan ayrılan Ruslan Abışovun yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü "Zirə" ilə anlaşıb. Paytaxt təmsilçisi onunla bir illik müqavilə imzalayıb.
Son mövsümü "Sabah"da keçirən 33 yaşlı müdafiəçi 5 oyunda meydana çıxıb. Təcrübəli futbolçu 56 dəfə Azərbaycan milli komandasının formasını geyinib və 5 dəfə fərqlənməyi bacarıb (sportinfo.az).
saytlarin hazirlanmasi