Filip Ozobiç: "Hədəfim çempionluq titulunu geri qaytarmaqdır"

14:48 - 28 İyun 2021

"Qarabağ"la müqaviləni yeniləyən Filip Ozobiç klubun saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi yeni mövsümün hədəfləri barədə danışıb:

 

"Yeni müqavilə imzaladığım üçün çox şadam. Ailəm və mən Azərbaycanda çox xoşbəxtik. Burada hər şey ürəyimizcədir. Buna görə də yeni müqavilə imzaladım. Təbii ki, "Qarabağ" həmişə olduğu kimi çempionluq uğrunda mübarizə aparır. Mənim də hədəfim çempionluq titulunu geri qaytarmaqdır. Bu hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. Bundan əlavə, Konfrans Liqasında da mübarizəyə başlayacağıq. Artıq rəqibimiz də məlumdur. Bu turnirə ciddi yanaşırıq. Burada qrup mərhələsinə düşməyə çalışacağıq. Əsas hədəfimiz budur və istəyimizi reallaşdırmaq üçün sona qədər mübarizə aparacağıq".

Xəbər xətti