Patrik Vieyra Premyer Liqa klubunda

11:11 - 30 İyun 2021

İngiltərə Premyer Liqa təmsilçisi “Kristal Pelas”ın yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisini bundan sonra Patrik Vieyra çalışdıracaq. 45 yaşlı mütəxəssis bu postda Roy Hocsonu əvəz edib. Rəsmi açıqlamanın tezliklə elan olunacağı gözlənilir.

 

Fransa millisinin keçmiş futbolçusu son olaraq "Nitsa"nı çalışdırıb.

Xəbər xətti