Sanço "Mançester Yunayted"də!

00:33 - 1 İyul 2021

"Mançester Yunayted" "Borussiya"nın futbolçusu Ceydon Sançonun transferini tamamlayıb.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı vingerlə 5 illik razılıq əldə olunub. "Qırmızı şeytanlar" bu keçid üçün 90 milyon avro təzminat ödəməyə razı olub.

 

İngiltərə millisinin üzvü 2017-ci ildə "Mançester Siti"dən "Borussiya"ya 7,84 milyon avroya keçmişdi. 21 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 38 oyunda 16 qol vurub, 21 məhsuldar ötürmə edib.

Xəbər xətti