Mahir bu dəfə qol vurmadı

10:10 - 1 İyul 2021

Polşanın “Legiya” klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi klub “Lexiya” ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

 

Mahir start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

 

Emreli bundan əvvəl meydana çıxdığı 2 yoxlama görüşündə 4 qol vurub.

Xəbər xətti