"Mançester Yunayted" "Real"ın futbolçusunu transfer edir

22:45 - 1 İyul 2021

"Borussiya"dan Ceydon Sançonu heyətinə qatan "Mançester Yunayted" növbəti transferə hazırlaşır.

 

Sportal.az ESPN nəşrinə istinadla xəbər verir ki, "qırmızı şeytanlar" "Real"ın müdafiəçisi Rafael Varanı rənglərinə bağlamaq üzrədir. Mançester təmsilçisi madridlilərlə 1 illik müqaviləsi qalan fransalı futbolçunu sərfəli qiymətə almaq üçün son danışıqları aparır.

 

Varan 2011-ci ildən "Real"da çıxış edir. O, yeni mövsüm başqa komandada çıxış edəcəyini açıqlamışdı.

Xəbər xətti