"Qarabağ"ın futbolçusu Filip Ozobiç Azərbaycan millisində çıxış edəcək.
Sportal.az dalmatinskiportal.hr saytına istinadla xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi sentyabrdan millimizə dəvət alacaq. Xorvatiyalı futbolçu artıq Azərbaycan vətəndaşlığı da alıb.
Ozobiç 2016-2018-ci illərdə "Qəbələ"də də çıxış edib. O, 2018-ci ildə "Qarabağ"a keçib.
saytlarin hazirlanmasi