Anar Nəzirov "Zirə"yə qayıtdı

14:29 - 2 İyul 2021

"Zirə" yeni futbolçu ilə anlaşıb.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Anar Nəzirovla müqavilə bağlayıb. Qapıçı ilə 1 illik müqavilə imzalanıb.

 

35 yaşlı futbolçu daha əvvəl 2015-18-ci illər aralığında da "Zirə"nin şərəfini qoruyub. O, "Kəpəz", "Neftçi", "Turan", "Standart", "Qəbələ" və "Sumqayıt" klublarında da çıxış edib.

Xəbər xətti