Millimizin məşqçisi "Dinamo" - "Neftçi" matçını izləyəcək

12:15 - 6 İyul 2021

Millimizin məşqçisi Arif Əsədov UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək “Dinamo” (Tbilisi) – “Neftçi” oyununu izləyəcək.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, millimizin baş məşqçisi Canni De Byazinin göstərişinə əsasən, bu görüşə baxacaq.

Xəbər xətti