Şahruddin Məhəmmədəliyev: "İsrail çempionatı bizim liqadan güclüdür"

13:44 - 6 İyul 2021

“Toplanış yaxşı səviyyədə keçir. Məşqlərimizi edirik, hər şey plana uyğun gedir, hazırlaşırıq”.

 

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev deyib. Ağdam klubunun qapıçısı komandasının Konfrans Liqasının təsnifat mərhələsi çərçivəsində “Aşdod”a qarşı keçirəcəyi oyun haqda fikirlərini bildirib. Qolkiperin “Qarabağ”ın İsrail təmsilçisi ilə oyunda şanslarını dəyərləndirib:

 

“Hər bir avrokubok matçı bizim üçün vacibdi. İsrail çempionatının bizim liqadan güclü olduğu fikrindəyəm. Rəqibimiz də bu cür liqada turnir cədvəlini üçüncü pillədə başa vurub. “Aşdod” yaxşı komandadı. Onlar haqda elə də geniş məlumata sahib deyiləm, məşqçilər korpusu onlar haqda bizə məlumat verəcək”.

 

27 yaşlı əlcək sahibi komandanın yeni transferi Kadi Borqes barədə də fikirlərini bölüşüb:

 

“Yeni transfer Kadi Borges haqda fikirlərim? Hər şeyi özünüz görəcəksiniz. Komandamıza adaptasiya olmaq elə də çətin deyil. Çünki bizim yaxşı kollektivimiz var”.

Xəbər xətti