“Neftçi”nin baş məqşçisi Samir Abasov Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Dinamo”(Tbilisi) ilə oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
- Uzun müddətdən sona “Neftçi”ni, Azərbaycanı bu cür turnirdə təmsil etmək, “Neftçi” ailəsi üçün qüruruverici və şərəfdi. Yalandan danışmayım, oyundan əvvəl üstümüzdə gərginlik var. Bu da turnirin böyüklüyündən irəli gəlir. Elə futbolçularımız var ki, belə turnirlərdə iştirak etməyiblər. Amma inanırıq ki, sabah oyuna çıxandan sonra hər şey yaddan çıxacaq, gərginlik meydandan kənarda qalacaq, “Neftçi”ni, xalqımızı təmsil edəcəyik. Nə qədər də bu oyuna kimi problemlər yaşadıq, şişirdib danışmaq istəmirəm. Necə hazırlaşmışıq, bunu da sabah oyun göstərəcək. Rəqibin bizim üstümüzdə üstünlükləri var. O da rəqibdə çempionat davam edir, 17-ci tur gedir. Həm taktiki, həm fiziki baxımdan bizimlə müqayisədə tam hazırdılar. Yaxşı toplanış keçmişik, cəmi 3 oyun oynayıb, bura gəlirik. Onlardan biri fiziki hazırlıq üçün idi, digər iki oyun isə “Dinamo” matçı üçün idi. Bütün bunları kənara qoyacağıq, çalışacağıq ki, öz adımızı burada yaxşı təmsil edək. Sabahkı oyunun nə qədər gərgin keçəcəyi bizə məlumdu. “Dinamo” bizim kimi tarixi, köklü klubudu. Çempionatda qızıl medallar uğrunda oynayır, güclərinə bələdik. Kaxaber Sxadadze gələndən sonra 5 oyunu da izləmişik, hansı sxemdə, taktika oynayırlar bizə bəllidi. Vizual baxmaq ayrıdı, komandanı canlı hiss etmək ayrıdı. Bunu futbolçular meydana çıxandan sonra hiss edəcəklər. “Dinamo” necə oynayacaq bizə də aydın deyil. Təkrarlamaq istəyirəm ki, bizi çox gərgin oyun gözləyir. Kaxaberi çox yaxşı tanıyıram. Onun işlədiyi komandalar nəyə qadirdi bilirəm, futbolçusu olmuşam. Bizi maraqlı oyun gözləyir, görək sabah necə olacaq.
- Anton Krivotsyukun gedişindən Voyislav Stankoviç solda oynayır. Mert Çelik sağda oynayırdı, daha sonra Ömər Buludov meydana girdi. Sabah Öməri əsas heyətd görə bilərik?
- İndidən əsas heyətə bağlı danışmaq düzgün deyil. Məqşimiz vaR, bir gün var. Deməzdim ki, qərar verməmişik. Beynimizdə 90-95 faiz heyət bəllidi. Sadəcə tələsməməyimizi də istəyərdim. Əlimizdə olan futbolçulara görə sistemə görə futbolçular yoxladıq. Çox da yoxlama görüşü də keçirmədik. 17 tur oynamış rəqibə qarşı oynayırıq. Düşünürəm ki, heyətdə çıxanoyunçular tam öz işini bilərək meydana çıxacaq.
- Kaxaber Sxadadzenin futbolçusu olmusuz. Onun iş təcrübəsindən faydalanmısınız?
- Sırf Kaxanı kopyalayıb işləyirəm, belə deməzdim. Nəinki Kaxaberdən, işlədiyim məşqçilərdən ən yaxşısını çalışmışam götürəm, təcrübəmdə istifadə edim. Bunların içində də Kaxa öndə gedənlərdəndi. Onun məşqçiliyinə hörmətim çoxdu. Burada danışdıqlarımızla, meydançada etdiklərimiz düz gəlməyə bilər. Amma inanıram ki, hamısı üst-üstə düşəcək.
- Futbolçu kimi ÇL-də debüt etmisiz, bəs məşqçi kimi debüt edəcəksini. Hansı hisləri yaşayırsınız?
- Hislər möhtəşəmdi. Futbolçularım çox gərgindi, özüm də həyəcanlıyam. Bu cür mötəbər turnirdə məşqçi kimi işləmək fəxrdi.
- Psixoloji gərginlik olduğunu dediniz. Gərginlik özünüzü cilovlamağa mane olmazki?
- İnanıram ki, çətin olmayacaq gərginliyi cilovlamaq. Bütün məsuliyyətimizlə oyuna çıxırıq. Haranı təsmil etdiyimizi bilirik. Biri var çempionat, biri də var belə turnirdə Neftçi kimi çıxış edirsən. Rəqib də elə-belə deyil. Məsuliyyət var. Oyuna kimi bunu yaşayıb tam beyin olaraq hazırlaşsaq, ki hazırlaşırıq bu yaxşı haldı. Həddən artıq çox istəmək də “yanmağa” səbəb olur. Fikrimizdən keçirməyək bunu, olmasın. Gərgin deyəndə, bütün oyunçuların üzərindəki məsuliyyət nəzərdə tuturam.
- Kaxaber Sxadadze dörd gündən bir oynamaqlarından narahatdı. Siz özünüz üçün bunu necə təhlil edərdiniz?
- Hər bir komandanın özünə görə problemləri var. Rəqib oyun çoxluğundan şikayət edirsə, mən oyun azlığından şikayət edərəm. Yeni oyunçular komandaya gec qoşuldu. Hər komandanın bu oyuna görə problemləri var. Bunun üzərində dayanmayacağıq. Rəqib üçün o dediyiniz problemisə, bundan istifadə etməyə çalışacağıq.
- Heyətin komplektləşməsində bu mərhələ üçün nə dərəcədə razı qaldınız? Sizi qayğılandıran məsələlərdənbiri də heyətin tam komplektləşməməsi ola bilər?
- Hələ ki, danışıqlar apardığımız oyunçular var, yollarını gözləyirik. Təəssüf ki, çatdırmadıq. Buna baxmayaraq, əlimizdəki oyunçularla yaxşı hazırlıq keçmişik. Sabah meydanda görəcəyik nə dərəcədə hazırıq. Bu cür turnirlər bir oyundan ibarət deyil, iki oyunun nəticəsinə göə ümumi fikrə gəlmək olar. Bəzən bizim mediada bizi müqayisə edirlər, keyfiyyət baxımından, bununla razılaşmıram. Biz özümüz komanda olaraq bu yolda getsək, səhv yola getmiş olarıq. Cavab görüşündə keyfiyyət yox, xarakter oymalıyıq. Anlamalıyıq ki, haranı təmsil edirik. Mənim üçün də xarakter məsələsi önəmlidi, belə turnirlərdə əsasdı. Xarakteri ortaya qoyub oyunlardan başlıca çıxmalıyıq.
- “Dinamo”da hansı mövqelər zəif və güclüdü?
- Analiz etmişik. İnanırsınız ki, baxmasaq da təsəvvürümüzdə hansı komandaya qaşrı oynayacağıq. Kaxaber Sxadadzeni tanıyıram, tələblərini bilirəm. Zəif cəhətdən danışmaq istəməzdim, kompakt komandaya qarşı oynayacağıq. 120 dəqiqə qaça bilirlər, komanda şəklində oynayırlar. Hər bir komandanın zəif və güclü tərəfləri var. Burada açıqlamaq istəmirəm. Sabah çalışacağıq ki, zəif tərəflərindən istifadə edək, güclü tərəflərindən istifadə etmələrinə imkan verməməyə çalışacağıq.