“Qəbələ” 2021/22 mövsümünün hazırlıqlarını davam etdirir.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, yay toplanışına iyulun 5-də start verən “qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.
Elmar Baxşıyevin yetirmələri ayın 15-dək doğma arenada hazırlıq keçəcək. Toplanışın ilk mərhələsini başa vurduqdan sonra komanda Bakıya yollanacaq.
“Qəbələ” paytaxtda iki yoxlama görüşü keçirəcək. “Qırmızı-qaralar” ilk sınağına iyulun 16-da çıxacaq. Əyalət təmsilçisi “Zirə” ilə üz-üzə gələcək. Beş gün sonra Baxşıyevin yetirmələri “Səbail”lə qarşılaşacaq.
saytlarin hazirlanmasi