"Harri Keyn üçün 115 milyon avro istəyirlər" - Qvardiola

16:30 - 7 İyul 2021

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Tottenhem"in hücumçusu Harri Keyn haqda danışıb.

 

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə millisinin üzvü üçün London təmsilçisinə təklif göndərdiklərini bildirib:

 

"Ötən ay "Tottenhem"ə bir təklif etdik. Amma Harri Keyn üçün istədikləri məbləği ödəməyimiz mümkünsüzdür. Bütün klublar pandemiyaya görə, iqtisadi cəhətdən çətin vəziyyətdədir. Biz də istisna deyilik. Keyn üçün 115 milyon avro istəyirlər və aşağı enmirlər".

 

Qeyd edək ki, Keyn 2009-cu ildən "Tottenhem"də çıxış edir. 27 yaşlı hücumçu paytaxt klubunun heyətində meydana çıxdığı 242 oyunda 166 qol vurub.

Xəbər xətti