700 min avroluq hücumçu “Qarabağ”da

17:25 - 7 İyul 2021

Portuqaliyanın "Vitoriya" (Qimaraynş) klubunun hücumçusu Abdul-Əziz Yakubu karyerasını Azərbaycanda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb. Qanalı futbolçu Türkiyənin "Samsunspor" klubundan da təklif alıb, ancaq "Qarabağ"ın müqavilə şərtləri daha sərfəli olub. Bu səbəbdən də 22 yaşlı forvard Ağdam təmsilçisinə gəlməyi seçib.

 

Yakubu ötən mövsüm icarə əsasında "Eştoril"də çıxış edib və 34 oyunda 15 qol vurmaqla komandanın Premyer Liqaya yüksəlməsində böyük pay sahibi olub. Yakubunun "Transfermarkt"da dəyəri 700 min avrodur.

Xəbər xətti